14.02.2024-cü il tarixdə məktəbin kitabxanasında Beynəlxalq kitab bağışlama günü keçirildi

14.02.2024-cü il tarixdə məktəbin kitabxanasında "Beynəlxalq kitab bağışlama"gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin 1-ci sinifdən 5-ci sinfə qədər olan şagirdlər iştirak etdilər.Həmçinin tədbirdə sosial pedaqoq olan Abdullayeva Mirzadə,məktəbin UBTR-İ Quliyeva Rahidə və sinif müəllimləri iştirak etdi.Quliyeva Rahidə şagirdlərə kitab haqqında maarifləndirici məlumat verib, onların kitab haqqında olan fikirlərini soruşdu.Daha sonra kitabxana müdiri Rəhimova Güldanə və kitabxanaçı Məmmədova Çinarə bu tədbirin dünyanın əksər ölkələrində qeyd olunduğunu vurğulayıb onun mahiyyətindən şagirdlərə geniş məlumat verdilər.Sonda tədbir şagirdlərin oxuyub bitirdikləri kitabları bir-birilərinə bağışlamaqla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi