Məktəbimizdə iməclik

1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70-ci il dönümü münasibəti ilə 9 may 2015-ci il tarixində məktəbimizdə iməclik keçirilmişdir.Məktəbin sinif otaqlarında, dəhlizdə təmir işləri aparılmış, həyatyanə sahə abadlaşdırılmış, ağacların dövdələri ağardılmış, 55 ədəd yeni ağac və gül kolları əkilmişdir.İməclikdə məktəbin 37 nəfər müəllim və texniki işçisi, 280 nəfər şagird iştirak etmişdir.