30.12.2023-cü il tarixdə məktəbin akt zalında keçirilən Dünya azərbaycanlılarının həmrəylik günü.

Hər il dekabr ayının son gününün Dünya azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi -Vətənlə -Müstəqil Azərbaycanla əlaqələrin möhkəmlənməsinə həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarına, milli -mənəvi dəyərlərimizin, adət -ənənələrimizi qorunub saxlanılmasına xidmət edir.Beləlikə də məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadənin rəhbərliyi altında 30.12.2023-cü il tarixdə məktəbin akt zalında Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə möhtəşəm tədbir keçirildi.Tədbirdə məktəb direktoru Nizami Niftiyev, təlim -tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova, təsərrüfat işləri üzrə direktor müavini Şəfa Hüseynova,məktəbimizin adını daşıyan şəhid M.Bayramovun ailəsi,şəhid ailələri və qazilər , həmçinin müəllimlər və şagirdlər iştirak etdi.Tədbiri ibtidai sinif şagirdləri tərəfindən hazırlanmış müxtəlif ölkə nağılları səhnələşdirilmiş, yuxarı sinif şagirdlərinin mahnı və rəqsləri bəzədi.Yekun olaraq məktəbin direktoru Nizami Niftiyev tədbir iştirakçılarına təşəkkürünü bildirdi.Bununla da tədbir sona çatdı.#196məktəb 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi