9 May faşizm üzərində qələbə günüdür.

Bu il xalqımız 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbəmizin 70 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu münasibətlə məktəbimizin bir qrup müəllim və şagird kollektivi Hövsan qəsəbəsində yerləşən 1941-1945-ci il Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəni ziyarət etmişdir. Abidənin önundə keçirilən tədbirdə Hövsan məktəblərinin, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, veteranlar və s. iştirak etmişdirlər. Şagirdlər Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş şeirlər söyləmiş, veteranlar isə öz keçdikləri qəhrəmanlıq yollarından, müharibənin dəhşətlərindən şagirdlərə danışmışlar.