24.11.2023-cü il tarixdə məktəbin 10 a sinfində "Heydər Əliyev və Azərbaycançılıq"başlığı altında dərs keçirildi

24.11.2023-cü il tarixdə məktəbin 10 a sinfində Tarix müəllimi Kişizadə Ramil"Heydər Əliyev və Azərbaycançılıq"başlığı altında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş dərs keçirdi.Dərsdə məktəbin direktoru Nizami Niftiyev, tədris tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova , məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Aytəkin Quluzadə iştirak etdi.Əvvəlcə Ramin müəllim giriş sözü ilə Heydər Əliyevin Azərbaycan Dövlətinin qurucusu və memarı kimi, daima xalqının milli dəyərlərinin qorunması təbliğində işlərin gördüyündən geniş söhbət açdı.Ardından direktor Nizami müəllim Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi -siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğundan, Azərbaycan xalqının yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığından qədəm qoymasından, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsindən, doğma Vətənin xilası naminə misilsiz fədakarlığından geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi