16.11.2023-cü il tarixdə məktəbdə metodiki şura iclası keçirildi

16.11.2023-cü il tarixdə məktəbimizdə metodiki şura iclası keçirildi.İclasda məktəbin direktoru Nizami Niftiyev, təlim tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Aytəkin Quluzadə, fənn metobirləşmə rəhbərləri və müəllimlər iştirak etdi.Burada məktəb rəhbəri Nizami Niftiyev müəllimlərin peşəkar fəaliyyətinin artırılması, məktəbin daxili nizam -intizam qaydalarına əməl olunması,fənn olimpiadalarına hazırlıq, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili və digər məsələlər haqqında danışdı.