07.11.2023-cü il tarixdə məktəbin akt zalında "8 Noyabr"a həsr olunmuş tədbir keçirildi.

07.11.2023-cü il tarixdə məktəbin fizika müəllimi olan Dostuyeva Tahirə rəhbəri olduğu 7c sinif şagirdləri ilə akt zalında "8 Noyabr Zəfər Günü"nə həsr olunmuş tədbir keçirdi.Tədbirdə məktəbin direktoru Nizami Niftiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,müəllimlər və şagirdlər iştirak etdi.Giriş sözü ilə tədbiri direktor Nizami Niftiyev açdı.O, tədbir iştirakçılarına tarixi yaddaşlarımızda həkk olunmuş 44 günlük əzəmətli döyüş haqqında, Zəfər yolumuz haqqında geniş məlumat verdi.Daha sonra 1 dəqiqəlik sükutla şəhidlərimizin yad olundu ardından Dövlət Himnimiz səsləndi.Sonra şagirdlər şeirlər və kiçik həcmli səhnəciklər təqdim etdilər.