02.11.2023-cü il tarixdə Suraxanı Gənclər Evində "Zəfər Günü" nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi.

02.11.2023-cü il tarixdə Suraxanı Gənclər Evində , Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman İdarəsi Suraxanı rayonu üzrə Gənclər və İdman sektoru və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Suraxanı rayon məktəbliləri arasında "9-Noyabr -Dövlət Bayrağı Günü"nə həsr olunmuş "Şanlı Bayrağım "adlı şeir müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.Müsabiqədə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Mətanət Zeynalova , Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova , Bakı şəhər Gənclər və İdman İdarəsi Suraxanı Rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Elşən Atakişizadə ,bədii qiraət ustası Bəhiyyə Nağıyeva ,qiraətçi Anar Atakişi və rayon məktəbliləri iştirak etmişdir.İlk öncə qonaqlar iştirakçıları salamlayaraq onlara uğurlar arzu etdilər.Daha sonra 11-14 və 15-17 yaş qrupları üzrə olan müsabiqə iştirakçıları şanlı bayrağımıza həsr olunmuş şeirlər söylədilər.Müsabiqənin nəticəsinə görə 11-14 yaş qrupları üzrə 196 nömrəli tam orta məktəbin şagirdi Həsənli Gülər 1-ci yeri qazandı və diplomla təltif olundu.Tədbirin sonunda xatirə şəkli çəkdirildi.