30.10.2023-cü ildə "Tarixə və yaddaşlara həkk olunmuş 44 əzəmətli gün"mühazirəsi keçirildi.

30.10.2023-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin "08.09.2021-"ci il tarixli tədbirlər planının F-191 nömrəli əmrinə əsasən məktəbimizdə "Tarixə və yaddaşlara həkk olunan 44 əzəmətli gün"adlı mühazirə keçirildi.Mühazirəni məktəbin tarix müəllimi Kişizadə Ramil söylədi.Burada o şagirdlərə həmin tarixi anların önəmliyindən, Ali Baş Komandanımız İlham Əliyevin informasiya cəbhəsində də Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdiyini vurğuladı.Bununla da Vətənimiz həm də informasiya müharibəsində qalib gəldiyini deyən Ramil müəllim şagirdlərin vətəndaş kimi formalaşması üçün çox ətraflı və geniş məlumat aşıladı.