23.10.2023-cü il tarixdə məktəbdə Təhsil Nazirliyi tərəfindən monitorinq keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-305 nömrəli əmrinin və məktəbin fəaliyyət planının 1.2.9-cu bəndinin icrasını təmin etmək məqsədilə 23 oktyabr 2023-cü il tarixdə 4-cü,6-cı,7-ci və 8-ci siniflərdə Azərbaycan dili fənnindən monitorinq keçirildi.2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərindən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir.Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsidir.Monitorinq vasitəsilə şagirdlərin dinləyib- anlama , oxu və yazı bacarıqları yoxlanılıb.