Bakı Mühəndislik Universitetində ekskursiya

16.10.2023-cü il tarixdə məktəbimizin və V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin IX-X sinif şagirdləri Bakı Mühəndislik Universitetində(BMU) Universiteti gəzən məktəblilərə kitabxana, laboratoriyalar,yataqxanalar, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanlar barədə məlumat verildi.Bundan başqa şagirdlər Material və metalloqrafiya laboratoriyasinda aparılan təcrübəni izləyiblər.Sonra universitetin akt zalında şagirdlərlə görüş təşkil edilib.Görüşdə BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov BMU-nun müasir infrastrukturu , burada tədris olunan ixtisaslar , düzgün karyera seçimi və s.haqda danışıb eyni zamanda ixtisas seçimi ilə bağlı zəruri tövsiyələrini verib .Sonda məktəbliləri maraqlandıran sualları aydınlıq gətirilib.