“ 20 YANVAR” FACİƏSİNİN 27-Cİ İL DÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR.

19 yanvar tarixində məktəbimizdə “20 Yanvar” faciəsinin 27-ci il dönümünə həsr olumuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə məktəbin direktoru Sevinc Mehdiyeva çıxış edərək o dəhşətli gecənən sarsıntısından 27 il keçməsinə baxmayaraq hələ də yaddaşlarımızdan silinmədiyini qeyd etdi. Gözləri qana bürünmüş düşmənlər nə qocaya, nə də günahsız korpəyə baxmadan, hər bir insanı qana boyadılar. Şagirdlərin ifasında faciəyəyə həsr olunmuş şeir və mahnılar, səhnəciklər, videoçarx nümayiş etdirildi.Suraxanı rayonu Gənclər evinin təşkil etdiyi “20 Yanvar” faciəsinin 27-ci il dönümünə həsr edilmiş şeir müsabiqəsində məktəbin 4-cü sinif şagirdi Məmmədzadə Səbinə I yerə layiq görülmüşdür. “20 Yanvar xalqimizin qəhrəmanliq səlnaməsidir” mövzusunda təşkil edilmiş rəsm müsabiqəsində 8-ci sinif şagirdi Yolçuyeva Validə fərqlənmə diplomu ilə təltif edilmişdir.Məktəbimizdə faciənin ildönümünə həsr edilmiş rəsm müsabiqəsində şagirdlər fəal iştirak etdilər.