5 oktyabr Beynəlxalq Müəllimlər günü.

5 oktyabr 2023-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "5 oktyabr Beynəlxalq Müəllimlər günü" münasibətilə tədbir keçirildi.Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov , Milli Məclisin deputatı Afət Həsənova və digər məsul şəxslər iştirak etdilər.İcra Başçısı Əziz Əzizov çıxış edərək müəllimlərin peşə bayramını təbrik etdi və səmərəli pedaqoji fəaliyyətinə görə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılovanı fəxri fərmanla təltif etdi.Tədbirdə həmçinin məktəbimizin direktoru Nizami Niftiyev də iştirak etdi.Nizami müəllim də pedaqoji kollektivimizi və Zərifə müəlliməni peşə bayramı münasibətilə təbrik etdi.