12.09.2023-cü il tarixdə məktəbdə pedaqoji şura keçirildi.

12.09.2023-cü il tarixdə məktəbin akt zalında 2023-2024-cü tədris ilində Pedaqoji şuranın ilk iclası keçirildi.İclası məktəbin direktoru Nizami Niftiyev açaraq pedaqoji heyəti salamlayıb, qarşıda duran vəzifələr və məsələlər ilə müəllimləri tanış etdi.Burada sinif kabinetlərinin formalaşması, tədris prosesinin yüksəldilməsi,siniflərin dərsliklər ilə tam təmin olunması haqda geniş məlumat verildi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova ali məktəblərə qəbul olmuş 26 şagird haqqında məlumat verdi.Sonra tədris planı haqqında geniş məlumat verdi.Məktəbin təşkilatçısı olan Aytəkin Quluzadə şagirdlərin vahid formaya keçməsi, ötən ildə dərsə davamiyyəti zəif olan şagirdlər haqqında yeni tədris ilində ölçü götürülməsi haqqında danışdı.Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılova çıxış edərək özünün də iştirak etdiyi Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş forumdan geniş məlumat verdi.Yekun olaraq müəllilmlərin sorğu sualları cavablandırılıb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi