"Təmiz Yurdum "sənədli filmi

Ümummilli liderin 100 illiyi ilə bağlı məktəbin bütün tədbirlərini əks etdirən sənədli film isə xüsusilə diqqət çəkir.Belə ki,bir ay ərzində yüksək peşəkarlıqla təşkil olunmuş sənədli filmdə hazırlıq işlərindən tutmuş, rəsmi tədbirlərə qədər bütün incəliklər öz əksini tapmışdır.Sənədli filmin layihə rəhbəri direktor müavini Aytəkin  Quluzadə başda olmaqla Uşaq Birliyinin Rəhbəri Rahidə Quliyeva,5 saylı Uşaq Gənclər Yaradıcılıq mərkəzinin müəllimi Arzu Məmmədovanın gərgin əməyi sayəsində sənədli filmin bütün təşkilatçılığını, görülən işləri, şagirdlərin hazırlığını, yürüşləri detallı əks etdirməklə yanaşı,həm də bütün ölkənin ictimai həyatında rolunun nə qədər aktiv olmasının özündə ehtiva edir.Sənədli filmin hazırlıq işləri və məşğələlər də məktəb kollektivinin təşkilatçılığı və iştirakı ilə uğurla nəticələnmişdir.Onu da qeyd edək ki,ölkəboyu davam edən silsilə tədbirlər çərçivəsində M.Bayramov adına 196 nömrəli tam orta məktəb xüsusi fəallığı ilə seçilir.Belə ki məktəb,"Təmiz Yurdum"adlı sənədli film çərçivəsində təbiətin qorunması və ekologiyaya töhfə verilməsində aktiv iştirak edib,Ulu Öndərin 100 illiyi ilə bağlı kütləvi ağac əkilməsi prosesini həyata keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi