Xarici dil aylığı çərçivəsində məktəbdə tədbir keçirildi.

Xarici dil aylığı çərçivəsində İngilis və Rus dillərinə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru Nizami Niftiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.Tədbir İngilis dili müəllimi Arizə Məmmədovanın "Müəllimlərin peşəkar inkişaf səviyyəsinin təkmilləşdirilməsi yolları "haqqında məruzəsi ilə başladı.Məktəbin VII sinif şagirdləri arasında ingilis və rus dillərinə aid "Bilik Yarışı "təşkil olundu ,yarışda müəllimlər bu dillərə aid suallar səsləndiriblər.Tədbir şagirdlərin müxtəlif rəqs və mahnı ifaları ilə davam etdirilib .2a və 2c sinif şagirdləri "Matryoşka"Babuşki staruşki "rəqslərini,2a sinif şagirdi Murad "Ləzginka",6c və 8 ç sinif şagirdləri müxtəlif rəqslər,10a sinif şagirdləri Aydan və Fidan mahnı ifa edərək tədbiri daha da rəngarəng etdilər.Sonda məktəb direktoru Nizami Niftiyevin "Bilik Yarışı"-nın qalibi olan 7c sinifinin komandasını diplomla təltif mükafatlandırdı.Tədbirin təşkilində məktəbin Rus dili müəllimləri Natalya Ələkbərova,Dinara Novruzova,Nübar Həsənova və İngilis dili müəllimləri Arizə Məmmədova, Samirə Cəfərova fəal iştirak etdilər.