"Unudulmaz alim, mehriban ana, zərif insan "Zərifə Əliyeva"100 illiyinə həsr olunmuş tədbir.

Bu gün oftalmoloq akademik Zərifə Əliyevanın doğum günüdür.Zərifə xanım böyük alim olub.Onun elmi fəaliyyəti hamıya məlumdur.O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi.Zərifə xanım ömrünü xalqının,millətinin yolunda şam kimi əridən, tarixdə və insanların qəlbində dünya durduqca yaşamaq haqqı qazanan, sadəliyi ilə bəşəriyyəti, ucalığı ilə göyləri fəth etmişdi.Məktəbimizin kitabxanasında 6b sinif şagirdləri ilə birlikdə Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin Ədəbiyyat müəllimi Mikayılova Zərifə açdı.O Zərifə Əliyeva haqqında geniş məlumat verdi.Daha sonra şagirdlər Zərifə xanım haqqında yazdıqları esseləri oxudular.