Kitabxanada "Oxu günü "nə həsr olunmuş 6c sinif şagirdləri ilə birlikdə tədbir keçirildi.

Kitab şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rol oynayır. Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğularını aşılayan,insanları mütaliəyə,biliklənməyə,maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Bununla bağlı 2023-cü il tarixli 33 nömrəli əmrə əsasən məktəbimizdə 19 aprel 2023-cü il tarixdə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"münasibətilə "Oxu günü" tədbiri keçirilib. Tədbiri 6c sinif şagirdləri və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova İnarə kitabxana müdiri Rəhimova Güldanə və kitabxanaçı Məmmədova Çinarə keçirdi.https://youtube.com/watch?v=uuLRzh4pdks&feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi