Məktəbin 10 a və 10 c sinfində valideyn iclası keçirildi.

18.04.2023-cü il tarixdə məktəbin 10a və 10 c sinfində valideyn iclası keçirilib.İclasda sinif rəhbəri,fənn müəllimləri, təlim tərbiyə işləri üzrə direktor müavini Cəfərova Aidə və məktəbin direktoru Niftiyev Nizami iştirak etdi.İclasda qarşıda duran ümumi vəzifələr,II yarımil ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında, uşaqların təlim -tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması haqqında, məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi haqqında geniş söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi