Heydər Əliyev ."Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan inkişaf etdirən onun dilidir.

BŞTİ-nin 23.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmrinə əsasən məktəbimizdə 07.04.2023 tarixdə "Dəyərlərimizi qoruyaq"başlığı altında ədəbi bədii gecə keçirildi.Tədbirdə milli-mənəvi sərvətimiz olan musiqi alətlərimiz, xalq sənəti nümunəsi haqqında geniş məlumat verildi, milli ornamentlər, milli rəqsimiz və onun yaranma tarixindən bəhs edən divar qəzetləri,video çarx hazırlandı və hazırlanmasında iştirak edən şagirdlər bu barədə təqdimat etmişdilər.Əlavə olaraq məktəbimizin pedaqoji kollektivinin üzvü olan F.Səidə,C.Samirə,M.Flora,M.Nailə,N.Dinara müəllimə Azərbaycanın qədim uşaq nağıllarından olan "Tıq-tıq xanım"nağılının kukla teatrı formasında səhnələşdirilmiş tamaşa göstərildi.Tamaşa kiçik yaşlı şagirdlər tərəfindən böyük maraqla izlənildi.Yekun olaraq məktəbin direktoru N.Nizami çıxış edərək tədbirə yekun vurdu.