Ulu Öndərimiz H.Əliyevin ad günü

196 nömrəli məktəbdə 30.04.2015 tarixində Ulu Öndərimiz Heydər Əliyevin 92 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə RİH nümayəndəsi, jurnalistlər , qunşu məktəbin direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişdirlər. Tədbirdə şagirdlər Ulu Öndərimizə , onun ömür- gün yoldaşı Azərbaycan SSR-nın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevaya və Azərbaycana həsr olunmuş müxtəlif şeirlər, kompozisiyalar, mahnılar , rəqslər nümayiş etdirmişdirlər. Bununla bağlı hər il olduğu kimi bu il də məktəbimizdə "Gül bayramı" keçirilmişdir. Müəllim və şagirdlərin bir-birindən gözəl müxtəlif əl işləri nümayiş olunmuşdur.Tədbir "İctimai" TV-də yayımlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi