VI siniflər arasında Dil və ədəbiyyat fənni üzrə"Bilik yarışı"təşkil olundu.

03.02.2023-cü il tarixində məktəbin fəaliyyət planının 2.5 bəndinə əsasən "Azərbaycan dili və ədəbiyyat aylığı" na yekun vuruldu.buna əsasən,tədbir keçirildivə VI siniflər arasında"Bilik yarışı"təşkil olundu.Tədbirdə məktəbin direktoru Nizami Niftiyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova iştirak etdilər.Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılova "Azərbaycan ədəbi dilinin inkişaf tarixi və dilimizin inkişafında klassiklərimizin rolu "mövzusunda geniş məruzə etdi.Dilimizin inkişaf mərhələləri haqqında elmi məlumat verdi və klassiklərimizdən bədii nümunələr,şeir və qəzəllər söylədi."Dədə Qorqud "filmindən fraqmentlər nümayiş etdirildi."Füzuli "kantatası səsləndi.
Sonra şagirdlər M.Ə.Sabirin qəzəllərini söylədilər və maraqlı səhnəciklər təqdim etdilər.
Bilik yarışında nəticələr əsasən 13 bal toplayan 6 a sinfi-Zəfər komandası qalib elan olundu.