2 fevral - Azərbaycan "Gəncləri Günüdür"

2 fevral - Azərbaycan Gəncləri Günüdür.Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən,hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb 2 fevral - Azərbaycan "Gəncləri Günüdür".
Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan,onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən,bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
"Gənclər Günü"məktəbimizdə də qeyd olundu.Gələcəyin gəncləri olan şagirdlərimiz çıxış edərək bu günü bayram kimi qeyd etdilər.