"Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş" intellektual yarış

Bildiyimiz kimi bu il"Heydər Əliyev ili"elan olunmuşdur.5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə"Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş" Hövsan məktəbləri arasında intellektual yarış təşkil olundu.Yarışda məktəbimizi təmsil edən"Liderlər"komandası Arzu Məmmədovanın rəhbərliyi ilə çıxış etdi və III yerə layiq görüldü.Şagirdlərimiz sertifikatlarla təltif olundu.