BSQ komissiyanın nəzarəti ilə yoxlanıldı.

Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq,bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.BSQ vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlandı.BSQ 26.01.2023-cü il tarixində məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə yoxlanıldı.