Şəhla Quluyeva"Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər"mövzusunda nümunəvi dərs keçirdi.

18.01.2023-cü il tarixidə ibtidai sinif müəllimi Şəhla Quluyeva"Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər"mövzusunda nümunəvi dərs keçirdi.Dərsdə məktəbin direktoru Nizami Niftiyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,metodbirləşmə rəhbəri Zenfira Hüseyonova,Mehriban Mirzəyeva iştirak etdilər.

Dərs 4.1.1 və 4.1.2 standartları üzərində reallaşdı.Belə ki,standartlara uyğun olaraq dərsin məqsədi fikrini əsaslandırmaqla  sözlər arasında uyğunluğu müəyyən edib,mürəkkəb sözləri tərkib hissələri arasındakı məna əlaqəsinə əsasən düzgün yazılış qaydasını mənimsəməkdir.Mövzuya aid çalışmalar və qrammatik tapşırıqlar yerinə yetirildi.Dərs qrup işi formasında təşkil olunmuşdu.Şagirdlər qruplara bölünərək,"Laçın","Şuşa","Qarabağ","Füzuli"adlandırıldı.Resurslar iş vərəqlər,dərslik  iKT idi.Şagirdlər aktivlik nümayiş etdirərək qrammatik məlumatı mənimsədiklərini tapşırıqlar üzərində tətbiq etdilər.Müzakirə mərhələsində qruplar bir-birilərinin səhvlərini təqdimatları haqqında öz fikirlərini söylədi.Səhvlərin aşkarlanması,düzəldilməsi şagirdlər tərəfindən həyata keçirildi.Müəllim yönəldici suallarla onları mövzuya istiqamətləndirdi.Sonda aktiv qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi