"20 Yanvar faciəsi rənglərin dili ilə"mövzusunda rəsm dərsində qeyd olundu.

18 yanvar 2023-cü il tarixində məktəbin rəsm fənn müəllimi Səidə Fətullayeva 8 b sinif şagirdləri ilə"20 Yanvar faciəsi rənglərin dili ilə"mövusunda şagirdlər ilə söhbət apardı.Şəhidlərimizin ruhu 1 dəqiqəli sükutla yad edildi.Qeyd olundu ki,bu hadisədən 1 qərinə keçir, Azərbaycan xalqı bu 33 il ərzində hər il bu günü matəm günü kimi qeyd edir.Uzun müddət keçməsinə baxmayaraq,şəhidlərimiz unudulmur,əziz ruhu daim anılır.Şagirdlər yeni simvolu təsvir etdil,"20 yanvar "haqqında təqdimatlar hazırladı.Əməkdaşlıq edərək təqdimatları müzakirə etdilər.Çəkdikləri rəsmləri nümayiş etdirdilər.Qanlı tariximiz haqqında məlumatlar söylədilər.
Şəhidlərimiz Azərbaycan xalqının qəlbində daim yaşayacaq!