Aysel Mustafayeva Ədəbiyyatı fənnindən M.Şəhriyarın"Heydərbabaya salam"poeması mövzusunda nümunəvi dərs nümayiş etdirdi

Məktəbin fəaliyyət planının 2,5 bəndinə əsasən yanvar ayı Azərbaycan dili və Ədəbiyyatı ayı elan olundu.Bu ay çərçivəsində məktəbimizin Dil və Ədəbiyyat fənn müəllimi Aysel Mustafayeva 18 yanvar 2023-cü il tarixində 9 b sinfində Ədəbiyyatı fənnindən M.Şəhriyarın"Heydərbabaya salam"poeması üzrə nümunəvi dərs nümayiş etdirdi.Dərsdə Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,fənn müəllimləri:İnarəMəmmədova,Aynurə İsmayılova Aysel Ağayeva iştirak etdilər.
Dərs 1.1.1, 1.1.3,  1.1.5  standartları üzrə reallaşdı.Məqsəd poemada tanış olmayan sözlərin mənalarını araşdırmaq,poemanı hissələrə ayırıb seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında yaradıcı nağıl etmək,poemada bədii təsvir və ifadə vasitələrinin rolunu müəyyən etmək idi.Motivasiya olaraq əsərin sözlərinə həsr olunmuş Rübabə Muradovanın ifasında musiqi səsləndirildi.
Dərs qrup iş formasında təşkil olunmuşdu.Mövzuya uyğun olaraq qruplar "Savalan","Təbriz" "Azad "adlandırıldı. Resurslar dərslik,video çarx,metodik vəsait, şəkillər,lüğət.Şagirdlər tərəfindən dahi şairimiz Şəhriyarın və anası Kövkəb xanımın obrazı səhnələşdirilib unudulmaz sənətkarın səsindən poemadan bir parça dinlənildi.Dərs Azərbaycan dili,xarici dil,musiqi,tarix,həyatla inteqrasiya olundu.Sonda qruplar biri-birləri və müəllim  tərəfindən qiymətləndirildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi