Aysel Ağayeva 8 b sinfində Azərbaycan dili fənni üzrə"Sədaqət"mətni və tərzi hətəkət zərfliyi mövzusunda nümunəvi dərs keçirdi.

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən yanvar ayı Azərbaycan dili və Ədəbiyyat aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin Dil və Ədəbiyyat dili fənn müəllimi Aysel Ağayeva 17 yanvar 2023-cü il tarixində 8 b sinfində Azərbaycan dili fənni üzrə"Sədaqət"mətni və tərzi hətəkət zərfliyi mövzusunda nümunəvi dərs keçirdi.Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,metodbirləşmə rəhbəri Aysel Mustafayeva,Azərbaycan dili fənn müəllimləri İnarə Məmmədova və Aynurə İsmayılova iştirak etdilər.
Dərs 3.1.1. və 4.1.2 standartları üzərində reallaşdı.Belə ki,standartlara uyğun olaraq dərsin məqsədi fikrini əsaslandırmaqla təyini tərzi -hətəkət zərfliyindən fərqləndirmək idi.Məqsəd:dərslikdəki çalışmalar və qrammatik tapşırıqlarla yerinə yetirildi.Dərs qrup işi formasında təşkil olunmuşdu.Mövzunu nəzərə alaraq, qruplar"Mübtəda","Xəbər","Təyin","Tamamlıq"adlandırıldı.Resurslar iş vərəqlər,dərslik metodik vəsait idi.Şagirdlər aktivlik nümayiş etdirərək qrammatik məlumatı mənimsədiklərini cümlə təhlilləri üzərində nümayiş etdilər.Müzakirə mərhələsində qruplar bir-birilərinin səhvlərini düzəldərək iradlarını bildirdilər.Səhvlərin aşkarlanması,düzəldilməsi şagirdlər tərəfindən həyata keçirildi.Müəllim yönəldici suallarla onları mövzuya istiqamətləndirdi.Dərs ədəbiyyata və musiqi ilə inteqrasiya olundu.Sonda aktiv qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.