Aynurə İsmayılova Azərbaycan dili fənni üzrə nümunəvi dərs keçirdi.

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən yanvar ayı Azərbaycan dili və Ədəbiyyat aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin Dil və Ədəbiyyat dili fənn müəllimi Aynurə İsmayılova 12 yanvar 2023-cü il tarixində Azərbaycan dili fənni üzrə"Bayraq"mövzusunda nümunəvi dərs keçirdi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,metodbirləşmə rəhbəri Aysel Mustafayeva, azərbaycan dili fənn müüəllimi İnarə Məmmədova iştirak etdilər.Dərs təqdimat,BİBÖ,oxu,müzakirə,cəld yazı təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə resurslar dərslik,elektron təqdimat,videoçarx,elektron lövhə,şəkil materiallarından istifadə olundu.Şagirdlər dərsdə Dövlət atributları haqqında geniş məlumat verdi.Qruplarla yaradıcı tətbiq etmədə şagirdlər tapşırıqları yerinə yetirdi,sonra müzakirə olundu.Yaradıcı tətbiqetmədə Rəfael Məmmədov STEAM dərsinə əsaslanaraq,komputerdə bayrağımızın şəklini hazırladı.Gülsüm Zeynalova isə özünün çəkdiyi şəkillərdən ibarət videoslaydı təqdim etdı.Sonda fəal qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.