İnarə Məmmədova 6 c sinfində Azərbaycan dili fənni üzrə nümunəvi dərs keçirdi.

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən yanvar ayı Azərbaycan dili və Ədəbiyyat aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin Azərbaycan dili fənn müəllimi İnarə Məmmədova 11.01.2023-cü il tarixində 6 c sinfində Azərbaycan dili fənni üzrə"Mən gərək oğul doğulaydım"mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə məktəbin direktoru Nizai Niftiyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova və metodbirləşmə rəhbəri Aysel Mustafayeva iştirak etdilər.Dərs səssiz oxu,BİBÖ,cəld yazı,dinləyib-anlama,danışıb-anlama,tapşırıqvermə və təqdimetmə təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə resurslar,dərslik,elektron təqdimat,videomateriallaedan,qiymətləndirmə cədvəlindən istifadə olundu.
Dərsin mövzusu Milli Qəhrəman jurnalist Salatın Əsgərovanın həyatından,sevdiklərinin narazılıqlarına baxmayaraq,cəbhə bölgəsinə yollanmasından və şəhid olasından danışılır.Əslində,bu mövzu Salatının mərd və vətənpərvər xüsusiyyətlərini ön plana çıxarır.Dərsdə şagirdlər Salatın kimi Alı Mustafayev və Çingiz Mustafayev haqqında da məlumat əldə etmiş oldular.
Sonda fəal qrup və qrup üzvləri müəllim tərəfindən qiymətləndirildi.