VIII siniflər arasında kimya,biologiya və fizika fənni üzrə bilik yarışı təşkil olundu.

Məktəbin fəaliyyət planınına  2.5  bəndinə əsasən Kimya-Biologiya,Fizika aylığı çərçivəsində 06.01.2023-ci il tarixində məktəbimizdə VIII siniflər arasında kimya,biologiya və fizika fənni üzrə bilik yarışı təşkil olundu.Yarışda 8 a sinfi "Ulduz",8 b sinfi "Zirvə",8 c sinfi "Ümid",8 ç"Təbiət"komandası üzrə yarışa başladı.Yarışda hər 3 fəndən suallar təqdim olundu və komandaların cavabları fənn müəllimləri Tahirə Dostuyeva,Zümrüd Mustafayeva,Nigar Əliyeva tərəfindən yoxlanıldıqdan sonra qərar verildi.Nəticə və komanda üzvlərnin aktivliyinə əsasən,8 a sinfi "Ulduz" komandası qalib olundu.Qalib komanda üzvlərini məktəbin direktoru Nizami Niftiyev Fəxri Fərmanla təltif etdi.

Şagirdlər tərfindən karbon qazının alınması təcrübə şəklində nümayiş olundu.Aylıq çərçivəsində şagirdlər hazırladığı əl işlərini və onlar haqqında təqdimatları nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi