Hamster(heybəli siçan) üçün ekoloji guşə yaradıldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə:Təbiəti qoruyanlar"adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanmışdır.Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşdırılması üçün 10 c sinif şagirdlərinin təbiyə işləri üzrə direktor müavini  Aytəkin Quluzadənin rəhbərliyi ilə 06.01.2023-cü il tarixində sinifin balaca qonağı--hamster(heybəli siçan)üçün ekoloji guşə yaradıldı.Şagirdlər bu yeni qonağı çox sevdi.Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi,bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması,istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması,müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı,təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,ətraf mühitin və ekologiyanın mühafizəsi,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi,müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi