“Məktəbli bostanı”və“Yaşıl sinif”yaradıldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə:Təbiəti qoruyanlar"adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanmışdır.Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşdırılması üçün 10 c sinif şagirdlərinin təbiyə işləri üzrə direktor müavini  Aytəkin Quluzadənin rəhbərliyi ilə 06.01.2023-cü il tarixində ekoloji guşələr,“Məktəbli bostanı”və“Yaşıl sinif”yaradıldı.Şagirdlər dibçək güllərinə qulluq etdi,yeni güllər əkdi,köhnə qabları yenilərilə əvəz etdilər.Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi,bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması,istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması,müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı,təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili,ətraf mühitin və ekologiyanın mühafizəsi,təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi,müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi