31 dekabr"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"və"Yeni İl"münasibətilə tədbir keçirildi.

 31 dekabr"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"və"Yeni İl"münasibətilə 30.12.2022- ci il tarixində məktəbdə tədbir keçirildi.Tədbirlərdə məktəbin rəhbərliyi də iştirak etdi. Azərbaycan Republiksaının Dövlət Himninin səslənməsilə tədbir başlandı.Şagirdlərin ifasında bəddi əyləncəli kompozisiyalar səsləndi,öz çıxışlarında hər zaman həmrəy olacaqlarından danışaraq şeirlər və mahnılar ifa etdilər.Şagirdlərin ifasında"Qış nağılı"səhnəciyi nümayiş olundu.  

Tədbirin keçirilməsində məqsəd Azərbaycan tarixi haqqında şagirdlərin maarifləndirilməsi,şagirdlərdə vətənpərvərlik hissini alovlandırmaq,milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirməkdir.Daha sonda məktəbimizin direktoru Nizami Niftiyev çıxış edərək tədbir iştirakçılarını“31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü”münasibəti ilə təbrik edərək,kollektivimizə,valideynlərə və şagirdlərə xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi