Şagirdlərin Bakı Zooloji Parkına ekskursiya ziyarəti

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə:Təbiəti qoruyanlar"adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanmışdır.Tədbirlər planında şagirdlərin ekskursiyalarının təşkil edilməsi də nəzərdə tutulmuşdur.Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşdırılması üçün 10 c sinif şagirdlərinin təbiyə işləri üzrə direktor müavini Aytəkin Quluzadənin rəhbərliyi ilə 29.12.2022-ci il tarixində Bakı Zooloji Parkına ekskursiyası təşkil olunmuşdur.Şagirdlər parkda zooloji sərgilər və ekspozisiyalar ilə tanış olmaqla yanaşı heyvanlar aləmini seyr etmişlər.