Ulu Öndərimiz H.Əliyevin anım mərasiminə həsr olunmuş tədbir

09.12.2016-cı il tarixində məktəbimizdə Ulu Öndərimiz H.Əliyevin anım mərasiminə həsr olunmuş tədbir keçirildi.Tədbirinin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru bildirdi ki, Türk dünyasının əvəzsiz və böyük oğlu, siyasət aləmində özünün xüsusi dəsti-xətti olan, Ulu öndərimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il keçir. Bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin Anım günü ilə bağlı tədbirlər keçirilir. Məktəb rəhbəri Ümumilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və zəngin fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etməyini vurğuladı. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Heydər Əliyev bütün varlığı ilə Vətəninə, torpağına, xalqına bağlı insan, əsl dövlətçi idi. Ömrü boyu çalışdığı bütün sahələrdə və vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünmüş, konkret, əməli işlər görmüşdür. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilirdiyini qeyd etdi. Tədbirin sonunda məktəblilərin Ulu Öndər Heydər Əliyevə həsr etdikləri ədəbi-bədii kompozisiya təqdim olundu.