Turanə Məmmədovanın 8 b sinfində fizika fənni üzrə nümunəvi dərs keçirildi

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən dekabr ayı Kimya-Biologiya-Fizika aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin fizika fənn müəllimi Turanə Məmmədovanın 27 dekabr 2022-ci il tarixində 8 b sinfində fizika fənni üzrə Fizika laboratoriya otağında İstilik mühərriki.İstilik mühərrikinin FİƏ-si mövzusunda nümunəvi dərs keçirdi.Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova və fizika fənn müəllimləri Tahirə Dostuyeva,Nərmin Dadaşova iştirak etdilər.Dərs beyin həmləsi,karusel təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə dərslikdən,şəkillər,videomateriallardan,karbüratorlu mühərrik modelindən istifadə olundu.Şagirdlər dərsdə istilik mühərrikinin işləmə prinsipinin ümumi qanunauyğunluğunu təsvir etməyi və istilik mühərrikinin faydalı iş əmsalının hedablanmasına aid keyfiyyət və kəmiyyət xarekterli məsələlər həll etməyi öyrəndilər.Hər qrupdan şagirdlər mövzu ilə bağlı tapşırıqları yerinə yetirdi.Sonda qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirmə meyarlarına uyğun olaraq qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi