VII-IX siniflərində Bakı ŞəhərTəhsil İdarəsi tərəfindən təşkil olunmuş Azərbaycan dili,riyaziyyat və xarici dil fənlərindən monitorinq keçirildi.

27.12.2022-ci il tarixində Fəaliyyət planına uyğun olaraq,məktəbin VII-IX siniflərində Bakı ŞəhərTəhsil İdarəsi tərəfindən təşkil olunmuş Azərbaycan dili,riyaziyyat və xarici dil fənlərindən monitorinq keçirildi.
Məqsəd şagirdlərin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi,şagirdlərin müvafiq fənlər üzrə bilik,bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların,o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi,şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır.Monitorinq yoxlamalarının nəticələri şagirdlərin tədris standartlarını necə və hansı səviyyədə mənimsədiyini,onların hansı mövzulardan çətinlik çəkdiyini müəyyən etməyə imkan verir.