Tahirə Dostuyeva 7 a sinfində fizika fənni üzrə nümunəvi dərs keçirdi.

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən dekabr ayı Kimya-Biologiya-Fizika aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin fizika fənn müəllimi Tahirə Dostuyevanın 26 dekabr 2022-ci il tarixində 7 a sinfində fizika fənni üzrə Fizika laboratoriya otağında Mexaniki iş.Güc mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə  təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova və  fizika fənn müəllimi Turanə Məmmədova iştirak etdilər.Dərs beyin həmləsi,anlayışın çıxarılması,müşahidə,araşdırma,danışıb- anlatma,dinləyib-anlama,tapşırıqvermə təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə resurslar,dərslik,elektron təqdimat,labarotoriya cihazları (tircik, dinamometr,çəki daşları,saniyəölçən)plakatlardan istifadə olundu.Dərsdə videomateriallardan istifadə olundu.Şagirdlər dərsdə mexaniki iş və güc   anlayışını,maxaniki işin və gücün sadə tərübələrlə nümayiş etdirilməsini,mexaniki iş və gücə aid keyfiyyət və kəmiyyət xarekterli məsələlər həll etməyi öyrəndilər.Hər qrupdan şagirdlər mövzu ilə bağlı tapşırıqları lövhədə yerinə yetirdi.Sonda fəal qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi