Malik Kərimov 8 ç sinfində kimya fənni üzrə  nümunəvi dərs keçirdi.

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən dekabr ayı Kimya-Biologiya-Fizika aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin kimya fənn müəllimi Malik Kərimovun 23 dekabr 2022-ci il tarixində 8 ç sinfində kimya fənni üzrə Kimya laboratoriya otağında Kimyəvi rabitə-Kovalent rabitə mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə məktəbin direktoru Nizami Niftiyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova və Zümrüd Mustafayeva iştirak etdilər.Dərs beyin həmləsi,təqdimat müzakirə təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə resurslar,dərslik,elektron təqdimat,paylama materiallarından,plakatlardan,laboratoriyada olan maddələrin quruluş modelindən istifadə olundu.Dərsdə videomateriallardan istifadə olundu. Hər qrupdan şagirdlər mövzu ilə bağlı tapşırıqları lövhədə yerinə yetirdi.Sonda fəal qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi