Biologiya fənni üzrə Qan.Qanın damarlarda hərəkəti mövzusunda nümunəvi dərs keçirildi.

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən dekabr ayı Kimya-Biologiya-Fizika aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin biologiya fənn müəllimi Zümrüd Mustafayeva 20 dekabr 2022-ci il tarixində biologiya fənni üzrə Qan.Qanın damarlarda hərəkəti mövzusunda nümunəvi dərs keçirdi.Məktəbin direktoru Nizami Niftiyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova və Dinara Novruzova iştirak etdilər.Dərs beyin həmləsi,təqdimat müzakirə,klaster,BİBÖ təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə resurslar,dərslik,elektron təqdimat,paylama materiallarından istifadə olundu.Şagirdlər dərsdə qanın damarlarla necə hərəkət etdiyini,qan niyə qırmızıdır,qan orqanizmdə hansı funksiyaları yerinə yetirir suallarına cavab taparaq,yeni məlumatlar əldə etdi. Dərsdə videomaeriallardan,qan preparatlarından,təzyiq aparatından istifadə olundu.Təzyiq aparatının istifadə qaydası canlı şəkildə nümayiş oldu.Qruplarla yaradıcı tətbiq etmədə şagirdlər leykosidlər,trombosidlər,eritrosidlərin şəkillərini çəkdilər sonra müzakirə olundu.Sonda fəal qrup və şagirdlər müəllim tərəfindən qiymətləndirildi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi