Məktəbin ümumi vəziyyəti ilə bağlı monitorinq keçirildi

12 dekabr 2022-ci il tarixində məktəbimizdə monitorinq keçirildi.Monitorinq üçün 4 nəfərdən ibarət komissiya təşkil olundu.Komissiyaya rəhbərlik tərbiyə işləri üzrə direktor müavini Aytəkin Quluzadəyə tapşırıldı.Komissya üzvləri;məktəbin Uşaq Birliyi Rəhbəri Quliyeva Rahidə,məktəbin kitabxanaçısı Çinarə Məmmədova və rsu dili fənn müəllimi Dinara Novruzova.Monitorinq məktəbin bütün sinif otaqlarında aparıldı.Sinif oataqalrının vəziyyəti texniki vasitə və vəsaitlərin olması,sinif pasportları,stendlər,dövlət atributları,divar qəzetləri,siniflərin səliqə-səhmanı,dibçək güllərinə qulluq,şagirdlərin portfolioları,məktəbli kitabçalarının və kitablarının vəziyyəti,müəllimlərin şəxsi portfolioları komissiya üzvləri tərəfindən yoxlanıldı.