4 c sinfində Azərbaycan dili fənnindən qarşılıqlı dinləmə dərsi baş tutub.

12 dekabr 2022-ci il tarixində 4 c sinfində Azərbaycan dili fənnindən qarşılıqlı dinləmə dərsi baş tutub.Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,metodbirləşmə rəhbəri Zenfira Hüseynova,Misri İsmayilova,Pərvaz Vəliyev müəllim iştirak etdilər.Dərs Hədiyyə mövzusuna həsr olunmuşdur.Dərs Ümummilli Lider Heydər Əliyevin anım gününə təsadüf etdiyindən müəllim və şagirdlər 1 dəqiqəlik sükutla xatirəsini yad etdi,onun haqqında videoçarx izlədi.
Hədiyyə mözvusu ilə bağlı qruplala iş görüldü.Şagirdlər yaradıcı tətbiqetmə zamanı gələcəkdə hansı peşəyə yiyələnmək istədikləri haqqında kiçik esse yazdılar.Esse əsasında şagirdlər hər bir peşənin dügünlüyü,məsuliyyəti, haqqında müzakirə apardılar.Dərsdə fəal iştirak edən şagirdlər müəllim tərəfindən qiymətləndirildi.