12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü münsibətilə tədbir keçirildi.

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür.Bu münasibətlə məktəbimizdə silsilə tədbirlərin davamı olaraq,məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 9 dekabrın 2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş kompozisiyalı tədbir keçirildi.Tədbiri 6 ç sinif şagirdləri hazırlamışdı.Təbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başladı.Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Şagirdlərin ifasında bəddi kompozisiyalar təqdim olundu.Sonda məktəbin direktoru Nizami Niftiyev Ümummilli Liderin xatirəsi barədə çıxış etdi.