4 b sinfində İbtidai sinif müəllimi Hacıyeva Leylanın Riyaziyyat fənnindən qarşılıqlı dinləmə dərsi baş tutub.

7 dekabr 2022-ci il tarixində 4 b sinfində İbtidai sinif müəllimi Hacıyeva Leylanın Riyaziyyat fənnindən qarşılıqlı dinləmə dərsi baş tutub.Dərsdə təlim-tərbiyə üzrə direktor müavini Aidə Cəfərova,metodbirləşmə rəhbəri Hüseynova Zenfira,Məhərrəmova Flora və Ağamirzəyeva Rəna müəllimə iştirak etmişdilər.Dərs Məsələ həllinə həsr olunmuşdur.Müxtəlif üsullarla məsələlərin həlli məs; Ardıcıllıq,tənlik,tam-hissə modeli üsulları tətbiq olundu.Məsələnin həlli üsulları Azərbaycan dili fənni ilə inteqrasiya olundu.Mözvu ile bağlı tapşırıqlar həll edildi ve şagirdlər mözvu ilə bağli suallara cavab verdilər. Dərsdə fəal iştirak edən şagirdlər müəllim tərəfindən qiymətləndirildi.