196 nömrəli məktəbdə 6-7 siniflər arasında bilik yarışı keçirilib. Bilik yarışında şagirdlər müxtəlif fənlərdən olan maraqlı sualları cavablandırmağa çalışıblar. Yarışda 6-cı siniflər arasında 6c sinfini təmsil edən "Dərya" komandası və 7-ci siniflər arasında 7c sinfini təmsil edən "Zaman" komandası qalib olmuşdur.