Məktəbimizin 4 a sinfinə 44 günlük Qarabağ müharibəsində şəhid olan Hövsan Şəhidi Elvin Əlimovun adı verildi.

29.11.2022-ci il tarixində 4 a sinfinə 44 günlük Qarabağ müharibəsində şəhid olan Hövsan Şəhidi Elvin Əlimovun adı verildi. Sinif otağında şəhidin xatirə guşəsinin açılışı oldu. Açılışda şəhidin anası İradə Əlimova,şəhid Elzar Yusubovun anası Günəş Yusubova,şəhid Eissavi Muhammedin nənəsi Sehranə xanım,şəhid Vaqif Mərdanovun atası Ədalət Mərdanov,Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Əsədullayev və digər qonaqlar iştirak etdilər.Açılşda şagirdlər şəhid Elvin Əlimov haqqında məlumat verdilər və şeirlər söylədi.Məktəbin direktoru Nizami Niftiyev,şəhid valideyinləri və Suraxanı Rayon İcra hakimiyyətinin nümayəndəsi danışdı.Şəhidin anası İradə Əlimova məktəb rəhbərliyinə,4 a sinif rəhbəri Zenfira Hüseynovaya,şagirdlərinə və valideynlərə təşəkkürünü bildirdi. Tədbirdən sonra Şəhidlər üçün,ehsan süfrəsi verildi.