4 c sinif şagirdləri şəhid İsmayılov Sərdarin valideynləri ilə görüş keçirdilər.

Məktəbimizin 4 c sinif rəhbəri Kərimova Zəhra müəllimənin təşəbbüsü ilə 19 noyabr 2022-ci il tarixində sinif şagirdləri ilə birgə adını daşıdığı şəhid İsmayılov Sərdarin evində olub,valideynləri ilə görüşüb, şəhid haqqında söhbət etdilər.Foto albomuna baxdılar,həyatı barədə söhbətlər etdilər.Sonda şəhidin qəsəbədəki qəbrini ziyarət ediblər, şagirdlər məzarı üstə güllər qoyublar.