Fəxri fərmanla təltif olunmuş şagirdlərimiz

16.11.2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Gənc İstedadların İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Xəzər rayon Gənclər və İdman İdarəsi, 5 saylı Peşə Məktəbi “Bacarıqların inkişaf etdirilməsi” adlı layihə çərçivəsində, təlim və sərgi keçirilmişdir. Layihənin əsas məqsədi gənclər arasında peşə təhsilininn təşviqi, ölkədə yaşayan gənclərin peşə təhsilinə cəlb olunması, gənclərin peşə yönümlü sahələrə maraqlarının artırılması və ölkəmizin kadr potensialına dəstək olmaqdır.Layihədə məktəbimizin şagirdləri də iştirak etdilər Fəxri Fərmanlarla təltif olundular.

9 noyabr -Azərbaycan Respublikasının "Dövlət bayrağı günü"nə həsr olunmuş "Mənim üçrəngli bayrağım şanlı bayrağım" adlı məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsində iştirak edib və fərqləndiyinə görə Fəxri Fərmanla  təltif olunan şagirdlərimiz:

Hacıyeva Gülnar

Məmmədli Zeynəb 

Hacıyeva Böyükxanım 

9 noyabr -Azərbaycan Respublikasının "Dövlət bayrağı günü"nə həsr olunmuş "Mənim üçrəngli bayrağım şanlı bayrağım" adlı məktəblilər arasında keçirilmiş şeir  müsabiqəsində iştirak edib və fərqləndiyinə görə Fəxri Fərmanla  təltif olunan şagirdlərimiz:

Məlikzadə Sübhan 

Novruzlu Nübar

8 noyabr - "Zəfər Günü" nə həsr olunmuş Şəhidim adlı 7-11 yaşlı məktəblilər arasında keçirilmiş şeir müsabiqəsində  fərqləndiyinə görə  Fəxri Fərmanla təltif olunan şagirdlərmiz:

Hüseynova Aliyə 

Nəsirli Zəhra 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi